Kateqoriya Arxivləri: Məktəb xəbərləri

MÜSTƏQİLLİK GÜNÜ

Bu slaydşou üçün JavaScript lazımdır.


İlk öncə hamını salamlayıram. Ümid edirəm ki, siz bizim bu məktəb blokumuza girdiyiniz zaman dərslərinizi də oxuyursunuz. Yeni məlumat öyrənmək lazımdır, amma siz kitablarınızdan daha çox məlumat ala bilərsiniz. Nə isə mövzumuz bu deyil.  Mən sizə məktəbimizdə 24 oktyabr tarixində keçirilən möhtəşəm tədbir haqqında danışmaq istəyirəm.

Azərbaycanın Müstəqilliyinə həsr olunmuş bu tədbir çox möhtəşəm idi. Bu tədbirə 3 oğlanın əllərində Azərbaycanın üçrəngli bayrağını tutaraq zala daxil olmaları ilə başladıq. Zalda olan hər kəs Azərbaycan Respublikasının dövlət himnini oxudu. Və bununla da tədbir başlandı. Sonra Xanım müəllimə zalda əyləşən hər kəsi Müstəqilliyimiz günü münasibətilə təbrik etdi. Daha sonra öz arzu və istəklərini də bildirdi. Oxumağa davam et

MÜƏLLİMLƏR GÜNÜ


Məncə ən şərəfli sənət müəllim sənətidir. Çünki bu günümüzün həkimini, polisini, vəkilini, kompyuter mühəndisini, memarını hətta, müəlliminni belə müəllim yetişdirir. Əgər müəllim olmasa bu sadalanaların hec biri olmaz. Günlər keçir, illər illərə calanır, insan çox şeyi unudur. Lakin heç zaman ilk müəllim yaddan çıxmır, xatirədən silinmir. Axı insana elm qapısının açarını ilk müəllim təqdim edir, onu əsrarəngiz bir dünya ilə müəllim qovuşdurur.

Azərbaycan Respublikasında 5 oktyabr tarixi ənənəvi bir gün kimi qeyd olunur. Bu gün müəllimlər günüdür. Əziz və zəhmətkeş müəllimlər, sizi 5 oktyabr- müəllimlər günü münasibəti ilə təbrik edirəm. Sizlərə dərin təşəkkürümü bildirirəm ki, biz şagirdlərə elm, bilik, savad, tərbiyə verirsiniz. Ə əsasi da ki, vətənə layiqli övlad olmağı öyrədirsiniz. Mən Zeyd, Şəkər, Solmaz Nailə, Ülviyə, Ədilə, Kəmalə, Cəlalət, Məlik, Nazilə, Gülbahar, Elnarə və başqa müəllim və müəllimələri səmimi qəlbdən təbrik edirəm və biz şagirdlərə çəkdikləri əziyyətlərə görə təşəkkürlər deyirəm. Tək mən yox, 31 saylı məktəbin bütün şagirdləri təbrik edir və dərin təşəkkürlərini bildirirlər. Yaxşı ki, siz müəllimlər varsınız!

Mənim müəllimim.

İlk dəfə lövhədə yazı yazanda,

İlk dəfə dəftərə qara salanda,

Hansısa bir dərsi anlamayanda,

Gəlib başa saldı mənim müəlliməm.

Bəzən savad verdi, bəzən tərbiyə,

Bəzən ana oldu, bəzən müəllimə,

Hansısa misalı səhv həll edədə,

Gəlib başa saldı mənim müəlliməm.

 

Bizlərə deyərdi Balam, oxuyun,

Vətənə layiqli övladlar olun,

Çalışın oxuyun savad topluyun,

Bizlərə deyərdi mənim müəlliməm.

Sumqayıt tarix muzeyində “açıq qapı” günü!

Bu slaydşou üçün JavaScript lazımdır.

Artıq ikinci ildir ki, sinif rəhbərimiz Nailə müəllimə bizi Sumqayıt şəhər Tarix muzeyinə aparır. Biz muzeydə şəhərimiz haqqında maraqlı məlumatlar əldə etdik. Öyrəndik ki, ilk evlər Corat qəsəbəsində yerləşmib və onlar taxta baraklar olub. Şəhərdəki bir çox binaların inşaatında II Dünya müharibəsində əsir düşmüş 30-minə yaxın alman əsgərlərinin böyük zəhməti olmuşdur.

Eksponatlardan ən çox məni maraqlandıran qədim dövrlərdə işlənmiş kağız, mis və metel pullar oldu. Bələdçilərimiz Əmirova Sevinc xanım və elmi işçi Zeynalov Nabil gördüyümüz hər bir eksponatlar haqqında bizə ətraflı məlumat verdilər. Paleotologiyaya aid daşlaşmış heyvanların sümüklərinin görmək, dəfələrlə yanınıdan keçdiyimiz yaraşıqlı binaların yaranma tarixini öyrənmək mənə öz şəhərimi daha çox sevməyi və qorumağı öyrətdi.

“ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ – NARKOMANİYAYA YOX DEYƏK!”

Bu slaydşou üçün JavaScript lazımdır.

 

XIX  əsrin ən fəlakətli xəstəliklərindən biri də narkomaniyadır. İllər boyu insanlar bu xəstəliyə qarşı mübarizə aparırlar.Bizim məktəbdə də  hər il bu məsələ barədə çoxlu inşa müsabiqələri keçirilir.

Bu gün də 8, 9, 10, 11-ci sinif şagirdlərini “NARKOMANİYAYA QARŞI MÜBARİZƏ, NARKOMANİYAYA YOX DEYƏK!” başlığı altında keçirilən tədbirə çağırmışdılar. Tədbirə bəzi qonaqlarda dəvət edilmişdi. Qonaqlarımız icra hakimi- Eldar Əzizov, təhsil şöbəsi işçisi-Gülbahar Haqverdiyeva, polis idarəsi işçisi – Zahid Ağayev və Doktor Kamil idi. Oxumağa davam et

Biologiya gecəsi

Bu slaydşou üçün JavaScript lazımdır.

Bildiyiniz kimi məktəbimizdə çoxlu sayda tədbirlər keçirilir. Ekologiyaya aid çoxlu tədbirlər keçirilir. Bu tədbirlərdən biri də “BİOLOGİYA GECƏSİ” başlığı altında keçirildi. Bu tədbir haqqında nəsə bilmək istəyirsiniz? Onda qulaqlarınızı açın və bizə diqqətlə qulaq asın.Tədbiri 10 –d sinif şagirdləri hazırlayıb. Şagirdlərə biologiya müəlliməsi Salehova Svetlana rəhbərlik edirdi. Şagirdlərimiz tədbirə 10 gün ərzində həftədə 3 dəfə olmaqla 2 saat məşqlər ediblər. İlk öncə şagidlərdən biri Darvin rolunu oynayaraq şagirdlərə təkamül haqqında danışdı. Sonra isə Eldar “ Qızılgül” adlı şeirini ifa etdi. Hətta tədbirdə gülməli bir səhnəcik də göstərildi. Bu səhnəcik tədbirə gələnlərin heç birinin yadından çıxmayacağına əmin ola bilərsiniz.Mənə elə gəlir ki, səhnəcik hər kəsin xoşuna gəldi. Bu səhnəciyin ən çox xoşuma gələn yeri Polisin limon səbətinə təpik vurması idi. Həqiqətən, oğlan o hissəni hissəi çox professional bir şəkildə canlandırdı. Bundan sonra çiçəklər qədər gözəl yuxarı sinif qızları güllərin nəyin rəmzi olduğunu söylədilər. Aşağı sinif şagirdləri isə müxtəlif lətifələr danışdılar, bizə kök, gövdə və yarpaq arasında olan əlaqə haqqında məlumat verdilər. Tədbirdə 6-cı sinif şagirdləri bir-birilərinə tapmacalar dedilər. Və qarşılıqlı cavablandırdılar. Elə bu tədbirdə “ALMA ALMAYA BƏNZƏR” filmindən bir fraqment göstərildi. Oxumağa davam et

Balaca rəssam

Bu slaydşou üçün JavaScript lazımdır.

İncəsənətin bir növü də rəssamlıqdır. Peşəkar rəssamların çəkdiklərinə baxdıqda zövq alırıq. Mənim fikrimə görə rəsm durmuş bir zamandır. Yəni, çəkilən şəkil heç zaman dəyişmir. Çəkilən hər rəsmin bir mənası vardır. Məncə şəkillərin dili var. Onlar bizə nəsə deyir. Amma hər adam onun dediyini anlamır. Rəssamlıq sənətini davam etdirən gənc nəslimiz var. Elə bizim məktəbdə o, gənclərdən biri oxuyur. “ Bəs yaxşı o, kimdir? “ sualını belə cavablandıraq. O, 3d sinif şagirdi Səmədov Nihaddır. Nihad  2 nömrəli Bülbül adına Uşaq İncsənət məktəbində oxuyur. Gəlin onunla yaxından tanış olaq. 1. Rəsm çəkməyə nə vaxtdan başlamısan? Mən rəsm çəkməyə 5 yaşımdan başlamışam. 2. İlk çəkdiyin şəkil nə olub? Ev, maşın, ağac. 3. Şəkil çəkməyə marağın hardandır? Anam şəkil çəkirdi mənim də xəşuma gəlirdi. Şəkil çəkməyə marağım burdandır. 4. Ən çox xoşuna gələn şəklin hansıdır? Novruz bayramı, yeni il, yay tətili. 5. Gələcəkdə rəssam olmağı düşünürsən? Yox, düşünmürəm. Polis olmağı fikirləşirəm.1ş

Dincəlmək üçün hara getməli?

Bu slaydşou üçün JavaScript lazımdır.

Mən 5a sifində oxuyuram. Bizimlə birgə5b sinifi də 14 may tarixində istirahət üçün Bakı şəhərində yerləşən “Botanika bağı”na getdik. Burada bizim tanımadığımız, görmədiyimız müxtəlif növ ağaclar və kollarla tanış olduq. Məsələn: çiyələk ağacı, eldar şamı, dovşan alması, sidr, sərv, dəmirağacı, bambuq və s. ağac və kollarla tanış olduq. Botanika bağı çox xoşumuza gəldi. Bağa giriş pulludur, amma ele de baha deyil, cəmi 1 manat. Sonra biz Bulvara getdik. Yeni təmirdən sonra Bulvar çox gözəlləşib…. Amma karusellərin qiyməti o qədər baha idi ki, biz istədiyimiz kimi şənlənə bilmədik.  Amma parkın gözəlliyindən zövq aldıq. Gəzintimiz çox xoşumuza gəldi… Siz də dincəlmək istəyirsinizsə Bulvara və Botanika bagına getməyinizi tövsiyyə edirik!!!

GÜL BAYRAMINIZ MÜBARƏK!!!

Bu slaydşou üçün JavaScript lazımdır.

Hamımızın bildiyi kimi Azərbaycan Respublikasında 10 may gül bayramı qeyd olunub. Bu bayram günü şəhərimiz olan Bakı gül-çiçək açır. Gül incəlik rəmzidir. Gözəl, təravətli güllər şəhərə xüsusi gözəllik verir. Ürək oxşayan güllərdən müxtəlif şeylər düzəldilmişdir. Məsələn: dovşan, timsah, kəpənək, Heydər Əliyevin şəkli, nağıl qəhrəmanlarının siması, hətta güldən gül düzəldilmişdi. Bu güllərin hamısı Hollandiyadan gətirilib. Ən yaxşısı mən yazmağımı dayandırım, sizlər də şəkillərə baxın. Necə deyərlər, “ min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.“ Buyurun seyr edin!

Onların qayğıya ehtiyacı var

Bu slaydşou üçün JavaScript lazımdır.

Gənc jurnalist kimi məni çox məqamlar maraqlandırır. Onlardan biri də küçədə olan sahibsiz heyvanlardır. Mənim sizlərə bu mövzuda bir neçə suallarım olacaq. Xahiş edirəm ki, suallarımı cavabsız qoymayasınız. 1. Bir çox uşaqlar sahibsiz küçə heyvanları ilə oynayırlar. Sizcə bu düzdür? Düzdürsə niyə, deyilsə niyə? 2. Sahibsiz heyvanların ac qalmaması üçün nə etməliyik? Öz yeməyimizin bir parçasını onlara verməli yoxsa, başqa tədbir görməli? 3. Bəzi adamlar onları daşlayır, təpik vurur, çubuqla döyür, hətta öldürür. Bu olanlara sizin fikriniz necədir? Bes yaxşı nə etməli? 4. Sahibsiz heyvanları necə qoruya bilərik?

10 may Ümummilli Liderimizin anadan olduğu gündür!

Azərbaycan Respublikası bu gün ayaqda, müstəqil, inkişaf edən bir ölkədir. Bunun səbəbi isə Heydər Əliyevin vətəni üçün gördüyü işlərdir. Düzdür o, indi ölmüş ola bilər, amma o, azərbaycanlıların qəlbində yaşayır və yaşayacaqdır. Onun ölkəmiz üçün etdikləri saysız-hesabsızdır. O, hələ 1993-cu ilin 15 iyununda Milli Məclisin tarixi iclasında ölkə parlamentinin başçısı seçilərkən demişdir:

” Azərbaycan Respublikasının bu günkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azəbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəm.”  Oxumağa davam et